Nazir müavini: Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq
Azərbaycanda 2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemləri qalmayacaq.
"Far.Az" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Milli Məclisdə dövlət qurumları ilə ən çox müzakirə olunan məsələlərdən biri məktəb tikintisi və infrastrukturudur:
"Son illərdə Prezidentin birbaşa diqqət və qayğısı ilə həyata keçirilən proqramlar nəticəsində 3600-dən çox məktəb ya tikilib, ya əsaslı təmir edilib. Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təhsil və təlim şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, qeyd etmək istərdim ki, mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 900-dən 400-ə qədər azaldılıb. Planımız var, 2030-cu ilə qədər bizim ümumi təhsildə infrastruktur problemləri yəqin ki qalmayacaq".
Nazir müavini bildirib ki, 2026-2027-ci tədris ilində 53 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılacaq və bu çərçivədə 11 müəssisə artıq istifadəyə verilib.
Oxşar xəbərlər
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













