Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var - Yenilənib
Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə nevrocərrahiyyə şöbəsində davam etdirilir.
Bildirilib ki, hər iki şəxsin vəziyyəti stabil orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
"Far.Az"un yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.
Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsi iştirakçısıdır.
Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













