Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
Far.Az xəbər saytı

Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib


Region cüdoçuları üçün Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış təhlükəsiz idman üzrə ekspert Ayan Xankişiyevanın rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara idmanda zorakılıq və qısnamanın müxtəlif formaları, onların qarşısının alınması yolları, eləcə də təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib.

Təlim zamanı idmançıların öz hüquq və məsuliyyətlərini bilməsi, riskli halları düzgün qiymətləndirməsi və belə situasiyalarla qarşılaşdıqda hansı addımları atmalı olduqları da diqqətə çatdırılıb.

Mövzunun daha yaxşı mənimsənilməsi məqsədilə praktiki nümunələr əsasında tapşırıqlar və interaktiv müzakirələr təşkil olunub. İştirakçılar müxtəlif situasiyaları təhlil edib, mümkün davranış modellərini dəyərləndirib və əldə etdikləri bilikləri real nümunələr üzərində tətbiq etmək imkanı qazanıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər