"Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş
Joze Mourinyonun "Real Madrid"in toxunulmazlarından hesab etdiyi və müqaviləsinin yenilənməsini istədiyi türkiyəli futbolçu Arda Güler İspaniya nəhəngi ilə 5 illik müqavilə üçün prinsipial razılığa gəlib. Arda Gülerin "Real Madrid"dən qazanacağı yeni maaşı da məlum olub.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən məlumat verir.
Qeyd edilir ki, oyunçu "Real Madrid"lə 5 illik yeni müqavilə imzalayacaq və bundan sonra maaşı artacaq.
Hazırkı müqaviləsindəki bonuslar istisna olmaqla ildə 6 250 000 avro ödəniş alan 21 yaşlı futbolçunun maaşı 8 milyon avroya qədər artırılacaq.
Müqaviləni imzaladıqdan sonra Arda Güler həftəlik 153 846 avro, gündəlik isə 21 917 avro qazanacaq.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid"də meydana çıxdığı 14 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 917 nəfər təxliyə olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib













