Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Far.Az xəbər saytı

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir


Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, ukraynalı rəsmilər bunu Rusiyanın Ukraynanı ikiyə bölməyə yönəlmiş strategiyanın bir hissəsi hesab edirlər.

Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, optik və radiolokasiya başlıqlardan Kiyevdə körpülərə endirilən son zərbələrdə istifadə olunub.

Ukraynalı rəsmilərdən digəri isə "Financial Times"a bildirib ki, Kremlin planına elektrik enerjisinin qərbdən şərqə ötürülməsi sisteminin məhv edilməsi daxildir və bu, milyonlarla insanın işıqsız qalması deməkdir.

Ehtimal olunur ki, optik və radiolokasiya özütuşlanan başlıqlar Rusiyanın ən yeni texnologiyasıdır. Onlar döyüş başlığı partlamamışdan bir neçə saniyə öncə ərazini skan edir. Bu, raketlərə Ukraynanın radioelektron mübarizə sistemlərini dəfetmə imkanı verir.

Hərbi strategiya və texnologiyalar üzrə professor Mauro Gilli hesab edir ki, bu yenilik Rusiyanın müharibənin əvvəlindən üzləşdiyi ən ciddi taktiki problemlərdən bəzilərinin həllinə kömək edə bilər.

"Globsec" analitik mərkəzinin elmi əməkdaşı Maksim Beznosyuk bildirir ki, Rusiya körpülərə getdikcə daha çox zərbələr endirir. Ukraynanın enerji sistemini Dnepr çayı boyunca iki hissəyə bölmək cəhdləri isə hələ ötən ilin dekabrında başlayıb.

Oxşar xəbərlər

Rəsmilər Şəhidlər xiyabanında
Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər