Fransada bugünkü etiraz aksiyaları zamanı 23 nəfər saxlanılıb
Fransada 14 noyabr tarixində bahalaşma və digər sosial-siyasi vəziyyətlərlə bağlı narazılığın artması fonunda növbəti kütləvi etiraz aksiyaları başlayıb.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, Parisdə eyni vaxtda üç ayrı aksiya keçirilir: polisin silah tətbiq etmək hüququnun genişləndirilməsi haqqında qanun layihəsinə etiraz, uşaqlara qarşı zorakılığa qarşı beynəlxalq yürüş və "Sarı jiletlilər" hərəkatının mitinqi.
Paytaxt nümayişçilərinin yürüşü Respublika meydanından dinc şəkildə başlayıb, Bastiliya meydanından keçərək Millət meydanına qədər davam edib.
Fransa DİN-in məlumatına görə, gündüz saatlarında Paris ərazisində 55 aksiyada 9 minə yaxın adam iştirak edib, 23 nəfər saxlanılıb, 2 mindən çox yoxlama aparılıb.
Müxtəlif hesablamalara görə, Parisdəki etiraz aksiyalarında ümumilikdə 30 mindən 60 minə qədər insan iştirak edə bilər, bütün ölkə üzrə isə 50-dən 60-a qədər yürüş planlaşdırılıb. İctimai asayişi təmin etmək üçün hakimiyyət orqanları 70 minə yaxın polis və jandarm səfərbər edib.
Lion və Ruan da daxil olmaqla, bir sıra şəhərlərdə gərginliyin artması qeydə alınıb və nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Nantda hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Eyni zamanda, Tuluzada nümayiş əsasən dinc şəraitdə keçib.
Etirazçılar yaşayış xərclərinin artmasına qarşı çıxış edir, əməkhaqqı və təqaüdlərin artırılmasını, təhsil şəraitinin yaxşılaşdırılmasını və sosial hüquqların müdafiəsini tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silahdan istifadəyə dair qanun layihəsi xüsusi narazılıq doğurur.
Davam edən etirazlar fonunda Fransa həmkarlar ittifaqları da 17 noyabr, çərşənbə axşamı günü ümumi tətilə çağırış edib.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













