Azərbaycan Monakoda üzümçülük və şərabçılıq ənənələrini təqdim edib
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub.
"Far.Az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monakoda səfərdə olub.
Bildirilib ki, səfər çərçivəsində əvvəlcə dünyanın müxtəlif ölkələrinin şərabçılıq ənənələrini, tarixi şərab nümunələrini və zəngin şərab kolleksiyalarını özündə birləşdirən ixtisaslaşmış müəssisəyə baş çəkilib. Tanışlıq zamanı bu sahədə formalaşmış zəngin təcrübə barədə məlumat əldə olunub.
Azərbaycan nümayəndə heyəti "Francs de Pied: Heritage" Assosiasiyasının Yüksək Toplantısında iştirak edib. Tədbirdə Monako şahzadəsi II Albert, müxtəlif ölkələrdən rəsmi şəxslər, müvafiq dövlət qurumları nümayəndələri, üzümçülük və şərabçılıq şirkətlərinin rəhbərləri, dünyanın nüfuzlu investorları, maliyyə və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
M. Məmmədov ölkədə aqrar sektorun modernləşdirilməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə üzümçülük və şərabçılıq sahəsində mövcud ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan qədim üzümçülük və şərabçılıq tarixinə, zəngin yerli üzüm sortlarına və əlverişli təbii-iqlim şəraitinə malikdir. Bu potensialın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, istehsal imkanlarının genişləndirilməsi, məhsulların beynəlxalq bazarlara çıxarılması və sahəyə xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir.
Beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələri təmsil edən investorlar, maliyyə institutlarının və iri biznes strukturlarının nümayəndələri ilə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Azərbaycanın aqrar sektorunda, xüsusilə üzümçülük və şərabçılıq sahəsində mövcud investisiya imkanları, həyata keçirilən islahatlar və əməkdaşlıq perspektivlərinə toxunulub, ölkəmizdə üzümçülük və şərabçılığın tarixi ənənələri, Zəngilan və Göygöl rayonlarında salınmış yerli calaqsız üzüm bağları barədə məlumat verilib. Həmçinin Azərbaycandakı qədim calaqsız üzüm sortlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və "Francs de Pied: Heritage" ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













