FHN zavodda təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə "SOCAR Polymer"in Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodunun ərazisində "Açıq texnoloji qurğularda yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirilib.
Far.Az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri ilə yanaşı, Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şəxsi heyət və texnikası cəlb olunub.
Təlim zamanı Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi", "yaralıların xilas edilməsi" əməliyyatları yerinə yetirilib.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, təlimə FHN-in ümumilikdə 7 ədəd texnika və 52 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN şagird və müəllimlərlə təlim keçirdi
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













