Elçin Cəfərov "Yolüstü"nü təqdim etdi
Far.Az xəbər saytı

Elçin Cəfərov "Yolüstü"nü təqdim etdi


Müğənni-bəstəkar Elçin Cəfərov daha bir romantik sevgi balladasını sevənlərinin ixtiyarına verib.

Far.Az xəbər verir ki, sənətçi sözləri Azər Şirinə, musiqisi isə özünə aid olan "Yolüstü" adlı yeni mahnısına ekran həyatı da verib.

İllərin gətirdiyi xatirələri və təmiz sevgini özündə birləşdirən mahnıya çəkilən klipdə Elçinin tərəf müqabili istedadlı aktrisa Sevinc Əliyeva olub.

"Payızın hiti" olmağa namizəd mahnının vizual tərtibatı da diqqətdən kənarda qalmayıb.

Ekran işinin rejissorluğu Xanlar Ağayevə həvalə olunub.

Klipdə baş qəhramanlar Elçin və Sevincin səmimi görüntüləri, eləcə də peşəkarlıqla səhnələşdirilən görüntülər mahnının romantik ab-havasını daha da gücləndirib.

Həm sözləri, həm də klipi ilə hər kəsin özündən bir parça tapacağı "Yolüstü" Elçin Cəfərovun rəsmi yutub kanalında və bütün rəqəmsal platformalarda yayımdadır.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər