İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır
Far.Az xəbər saytı

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır


"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtləri barədə məlumatlar ictimaiyyətə əvvəlcədən təqdim edilir və giriş məntəqələrində əks olunur".

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, İçərişəhər dövlət tərəfindən qorunan unikal tarixi-mədəni irs məkanıdır. Qoruq ərazisində tətbiq olunan giriş-çıxış sistemi tarixi mühitin qorunması, piyadaların təhlükəsizliyinin təmin edilməsi, sakinlərin rahatlığının artırılması və nəqliyyat axınının səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərir:

"Bu sistem eyni zamanda İçərişəhərdə həyata keçirilən "Smart Heritage" (Ağıllı İrs) konsepsiyasının mühüm tərkib hissəsidir. Konsepsiya tarixi irsin müasir texnologiyalar vasitəsilə qorunmasını, ziyarətçi və nəqliyyat axınının ağıllı idarə edilməsini, eləcə də qoruğun dayanıqlı inkişafını hədəfləyir".

"Məhz bu yanaşma çərçivəsində qoruq ərazisində eyni vaxtda maksimum 300 avtomobilin olması limiti müəyyən edilib. Bu limit şlaqbaum sistemi vasitəsilə avtomatik tənzimlənir və müəyyən edilmiş say həddinə çatdıqda ödənişli giriş müvəqqəti dayandırılır. Avtomobillərdən biri ərazini tərk etdikdən sonra növbəti nəqliyyat vasitəsinin girişinə icazə verilir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi irsin qorunması ilə şəhər həyatının tələbləri arasında balansın təmin edilməsini əsas prioritetlərindən biri hesab edir və bu istiqamətdə müasir, ağıllı idarəetmə həllərini tətbiq etməyə davam edir", - deyə məlumatda qeyd olunub.

***12:09

"İçərişəhər"də avtomobili park edən idmançı Şükran Sultanov tariflərdən narazıdır.

BAKU.WS xəbər verir ki, idmançı bu barədə özü paylaşım edib.

Onun sözlərinə görə, İçərişəhərdə avtomobilini 6 saat 5 dəqiqə park edib və sonda ona 33 manat borc ödənişi gəlib.

Şükran Sultanov bu qədər pulun parkinq üçün xeyli çox olduğunu vurğulayıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində avtomobillərin parklanma tarifləri ilə bağlı quruma müraciət etdik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Banu Hüseynli

Oxşar xəbərlər

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
FHN "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər