"Arsenal" klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib
Far.Az xəbər saytı

"Arsenal" klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib


İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.

"Far.Az" xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.

Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.

Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.

Qeyd edək ki, N.Bentner 2005-2014-cü illərdə "Arsenal"ın futbolçusu olub, müxtəlif vaxtlarda icarə əsasında "Birmingem", "Sanderlend" ( hər ikisi İngiltərə) və "Yuventus"un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin "Kopenhagen" komandasında çıxış edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs həbs edilib
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər