Bakıda müdiri öldürüb meyitini göl kənarına atan sürücü və qeydiyyatçı qadın hakim qarşısında
Far.Az xəbər saytı

Bakıda müdiri öldürüb meyitini göl kənarına atan sürücü və qeydiyyatçı qadın hakim qarşısında


Bakıda sağlamlıq mərkəzinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən sürücüsü Natiq Fətiyev və həmin sağlamlıq mərkəzində qeydiyyatçı işləmiş Fərqanə Quliyevanın cinayət işinin məhkəməsi başlayıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Natiq Fətiyev və Fərqanə Quliyeva barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti proses dekabrın 13-nə təyin edilib.

Xatırladaq ki, 2026-cı ilin iyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimlinin baş nahiyəsinə küt alətlə vurularaq öldürüldüyü məlum olub. Hadisəni törətməkdə onun sürücüsü işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdü Natiq Fətiyev və mərkəzdə qeydiyyatçı işləyən Fərqanə Quliyeva şübhəli biliniblər.

Məlum olub ki, mübahisə zəminində öldürülən Babək Rəhimlinin meyiti maşınına qoyularaq Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atılıb. Bu zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Natiq Fətiyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonrakı mərhələsində isə Fərqanə Quliyeva da qətllə bağlı şübhəli şəxs qismində istintaqa cəlb olunaraq həbs edilib.

Təqsirləndirilənlər barədə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə) 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunaraq ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər