Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
Far.Az xəbər saytı

Milli Qəhrəmanla vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı


"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək".

Far.Az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı Musavat.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***17:12

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Far.Az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

Oxşar xəbərlər

Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər