PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir
PAŞA Bank kiçik və orta biznes (KOB) müştəriləri üçün yeni "Çevik Kredit" məhsulunu istifadəyə verib. Yeni məhsul sahibkarlara banka gəlmədən, tam onlayn şəkildə kredit əldə etmək imkanı yaradır.
"Çevik Kredit" üzrə müraciətlər yalnız müştərinin kredit tarixçəsi əsasında qiymətləndirilir. Əlavə sənədlərin təqdim edilməsi tələb olunmur və müraciət prosesi cəmi üç addımda tamamlanır.
Müraciət təsdiqləndikdən sonra kredit vəsaiti iki saat ərzində müştərinin hesabına köçürülür. Bu imkan sahibkarlara bizneslərinin cari maliyyə ehtiyaclarını operativ şəkildə qarşılamağa şərait yaradır.
Girov və əlavə təminat tələb olunmadan təqdim edilən kreditin məbləği 100 000 AZN-dək, illik faiz dərəcəsi isə 15%-dən başlayır.
"Çevik Kredit" məhsulunun istifadəyə verilməsi PAŞA Bankın sahibkarlığın inkişafına dəstək, bizneslərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və rəqəmsal bankçılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın davamıdır.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"PAŞA Bank" KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













