Nazir: Litva şirkəti Araz iqtisadi zonasına 50 milyon manatlıq investisiya yatırıb
Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşğuldur, 50 milyon manatlıq investisiya yatırılıb.
"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, bu, müəssisə fəaliyyətə başladıqda azad olunmuş ərazilərdə 650 əlavə iş yeri deməkdir.
"İki ölkə arasında nəqliyyat və logistika sahəsində olan imkanlar, Azərbaycanın təklif etdiyi məqamlar, Avropa ilə Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya arasında körüpü rolunun oynanması, Bakı limanının potensialı və onun artma planları, eyni zamanda, Şimali Avropada əsas giriş məntəqələrinin olması, iki ölkənin dəmiryolu operatorları arasında sıx əlaqələrin formalaşması müzakirə edilib.
Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad iqtisadi zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını da faydalı hesab edirik", - deyə nazir vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













