Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı
İngiltərənin Norfolk bölgəsində Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midltonun evinə oğurluq məqsədilə girməyə cəhddə şübhəli bilinən iki nəfər saxlanılıb.
Far.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, noyabrın 23-də yerli vaxtla saat 18:00 radələrində polisə Sandrinqem malikanəsinin ərazisində yerləşən "Anmer Hall" iqamətgahında şübhəli hərəkətlilik barədə məlumat daxil olub.
Axtarışa helikopter, pilotsuz uçuş aparatları və xidməti itlər cəlb edilib. Polis ərazidə saxlanılan iki kişinin oğurluq və icazəsiz girişdə şübhəli bilindiyini açıqlayıb.
Hadisə zamanı iqamətgah boş olub. Şahzadə Uilyam, Keyt Midlton və onların üç övladı Vindzordakı evlərində olublar. Kensinqton Sarayı təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməyəcəyini bildirib.
Xatırladaq ki, Kraliça II Elizabet iqamətgahı 2011-ci ildə toylarından sonra cütlüyə hədiyyə edib. Ailə 10 yataq otağı olan evdən əsasən tətil və həftəsonlarında istifadə edir.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan toylarından fantastik qonorarlar qazanan MƏŞHURLAR
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













