Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.
İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər 200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, "Yığ və qazan" lotereyası 8 oktyabr 2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. "Yığ və qazan" lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində "Bizdən sizə" → "Lotereya" bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.
Lotereyanın növbəti tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.
I tirajın qaliblərinin siyahısı: http://www.b-b.az/bbsvptrj
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













