Bu ilin 9 ayında 493 mühafizə orderi verilib
Far.Az xəbər saytı

Bu ilin 9 ayında 493 mühafizə orderi verilib


2026-cı ilin 9 ayında 493 mühafizə orderi verilib.

"Far.Az" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsinin rəisi Pərviz Əliyev "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, orderlərdən 443-ü qısamüddətli, 50-si isə uzunmüddətli olub:

"Ötən ilin eyni dövrü ilə müqayisədə mühafizə orderlərinin sayında 167 vahid, yəni 51 % artım müşahidə olunur. Bu, əhəmiyyətli artımdır. Həmin mühafizə orderlərinin icrası ilə bağlı inzibati və cinayət məsuliyyətinə cəlb olunma halları qeydə alınmayıb".

P.Əliyev həmçinin bildirib ki, cari ilin ilk 9 ayında alimentin tutulmasına dair icra işlərinin sayında 8 %, uşaqların ünsiyyət hüququnun həyata keçirilməsinə dair icra sənədlərinin sayında 3,6 %, uşağın alınmasına dair icra sənədlərinin sayında isə 9,7 % artım müşahidə olunub.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər