Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
Far.Az xəbər saytı

Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır


ABŞ Müdafiə Nazirliyi süni intellekt texnologiyalarını zirehli texnikada, pilotsuz dəniz aparatlarında və digər döyüş sistemlərində tətbiq etməyi planlaşdırır.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin (GAO) hesabatında bildirilib.

Sənəddə ABŞ ordusu və kəşfiyyatında süni intellektin tətbiqinə dair 10 layihə nəzərdən keçirilib. Hərbçilərin əsas prioriteti hədəflərin avtomatik tanınmasıdır.

Belə ki, ABŞ Quru Qoşunları perspektivli XM30 piyada döyüş maşınlarını süni intellekt əsaslı sensorlarla təchiz etməyi planlaşdırır. Bu sensorlar düşmən dronlarını real vaxt rejimində aşkar edərək izləyəcək və hərbçilərə təhdidlərə daha operativ reaksiya verməyə imkan yaradacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfdaşları ilə birlikdə pilotsuz dəniz aparatlarında hədəflərin avtomatik tanınması texnologiyalarını tətbiq edir. Eyni zamanda, Xüsusi Əməliyyatlar Komandanlığı müxtəlif istehsalçılara məxsus hava və dəniz dronlarının birgə avtonom fəaliyyətini təmin edəcək CHAOS sistemini hazırlayır.

Bundan başqa, ABŞ Kiber Komandanlığı və Cons Hopkins Universiteti kiber əməliyyatlar üçün süni intellekt agentləri əsasında sistem hazırlayır. Sistem müxtəlif mənbələrdən məlumatları böyük dil modeli əsasında vahid interfeysdə birləşdirəcək.

ABŞ Dəniz Piyadaları Korpusu isə batalyonlar və daha kiçik bölmələr üçün süni intellekt agentləri şəbəkəsini sınaqdan keçirir. Bu texnologiyalar rabitənin komandanlıqla kəsildiyi, resursların məhdud olduğu və döyüş şəraitində qərarların sürətlə qəbul edilməli olduğu hallarda hərbçilərə kömək edəcək.

Kəşfiyyat qurumları artıq peyk görüntüləri və video yazılarda hərbi obyektlərin avtomatik aşkarlanması üçün süni intellektdən istifadə edir.

Bundan əlavə, ABŞ Kosmik Qüvvələri kosmik obyektlərin müşahidəsində də süni intelleqti tətbiq etməyi planlaşdırır. Texnologiya potensial təhdidləri, o cümlədən adi kosmik tullantılardan fərqləndirilməsi tələb olunan maskalanmış silahları müəyyən etməyə kömək edəcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
"İşte benim stilim"in 27 yaşlı iştirakçısı evində ölü tapıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər