FHN Tovuzda 6 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Far.Az" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Tovuzda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Tovuzdan keçən hissəsində qeydə alınıb.
“Mercedes” və VAZ markalı minik avtomobillərinin toqquşması nəticəsində altı nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Bir nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB
Şəkidə yol qəzası olub, xəsarət alan var
Bakıda avtomobil arakəsmələrə çırpılıb, xəsarət alan var
FHN Şəmkirdə baş verən qəza ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Şuşa-Laçın avtomobil yolunda qəza olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Süd BAHALAŞACAQ
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər














