Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Far.Az xəbər saytı

Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib


Pakistan və Türkiyə Yəmən husilərinin krallığa hücumlarından sonra Kollektiv Müdafiə haqqında Məkkə Sazişinin müddəalarına uyğun olaraq Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin edilməsinə yardım etməyə hazır olduqlarını təsdiqləyiblər.

"Far.Az" "Dawn"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar bu gün İslamabadda keçirilən Siyasi və Müdafiə Məsələləri üzrə Strateji Komitənin (SPDC) üçüncü iclasının yekunlarına dair bildirib.

İ.Darın sözlərinə görə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə husilərin krallığın dinc sakinlərinə və mülki infrastrukturuna hücumlarını pisləyiblər. Tərəflər kollektiv müdafiəyə, qarşılıqlı həmrəyliyə, suverenliyə və ərazi bütövlüyünə hörmətə sadiqliklərini təsdiqləyiblər.

"Komitə regional təhlükəsizlik sahəsindəki vəziyyəti nəzərdən keçirib və üç ölkənin sülh, təhlükəsizlik və sabitlik naminə birgə işi davam etdirmək qətiyyətini təsdiqləyib", - İ.Dar bildirib.

İştirakçılar həmçinin Səudiyyə Ərəbistanında alyansın katibliyinin yaradılmasını müzakirə ediblər və müdafiə sənayesi, texnologiyaların birgə işlənib hazırlanması və hərbçilərin hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Ölkələr regionda gərginliyin azaldılması və mübahisələrin dinc yolla nizamlanması üzrə məsləhətləşmələri davam etdirəcəklər.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər