"Mançester Yunayted" kapitanı ilə müqavilənin müddətini uzadıb
Far.Az xəbər saytı

"Mançester Yunayted" kapitanı ilə müqavilənin müddətini uzadıb


İngiltərənin "Mançester Yunayted" klubu portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeşin müqaviləsinin müddətini 2028-ci ilin yayınadək uzadıb.

"Report" xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.

Əvvəlki sözləşmənin müddəti gələn ilin yayında başa çatmalı idi.

Brunu Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, "qırmızı şeytanlar"ın heyətində İngiltərə Kubokunun və Liqa Kubokunun qalibi olub.

Yarımmüdafiəçi karyerası ərzində İtaliyanın "Udineze" və "Sampdoriya", eləcə də Portuqaliyanın "Sportinq" klublarında çıxış edib. "Sportinq"lə iki dəfə Portuqaliya Liqa Kubokunu, bir dəfə isə ölkə kubokunu qazanıb.

Fernandeş Portuqaliya millisinin heyətində də iki dəfə – 2019 və 2025-ci illərdə Millətlər Liqasının qalibi olub.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər