İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib
Far.Az xəbər saytı

İspaniya məhkəməsi "Valensiya"nın sabiq futbolçusunun həbs cəzasını 7 ilə endirib


İspaniya məhkəməsi cinsi xarakterli zorakılıq işi üzrə "Valensiya"nın sabiq futbolçusu Rafa Mirə verilən həbs cəzasını 8 il 6 aydan 7 ilə endirib.

"Far.Az" "Marca" nəşrinə istinadən xəbər verir ki, məhkəmə futbolçunun müdafiə tərəfinin apellyasiya şikayətini qismən təmin edib və bədən xəsarəti yetirməyə görə nəzərdə tutulan 18 aylıq həbs cəzasını ləğv edib.

Hakimlər zərərçəkmiş şəxsdə hadisədən sonra yaranan təşviş-depressiv pozuntunun ayrıca cinayət kimi qiymətləndirilə bilməyəcəyi qənaətinə gəliblər. Bununla belə, cinsi xarakterli zorakılığa görə müəyyən edilmiş 7 illik həbs cəzası qüvvədə saxlanılıb.

Hadisə 2024-cü ildə futbolçunun evində baş verib. Həmin ilin sentyabrında zərərçəkmiş şəxsin şikayəti əsasında Rafa Mir saxlanılıb.

Qeyd edək ki, 2026-cı il iyunun 15-də Valensiya məhkəməsi Rafa Miri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmçinin futbolçuya zərərçəkmiş şəxsə 64 min avro təzminat ödəmək öhdəliyi qoyulub

Oxşar xəbərlər

Miri Yusif bu şəkilləri ilə diqqət çəkdi
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Həbsə alternativ cəzaların tətbiqi – cəmiyyət və dövlət üçün faydaları - Araşdırma
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər