Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması baxımından nəzərdə tutulan mühüm layihələrdən biridir.
Far.Az-in məlumatına görə, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu təşəbbüsün reallaşdırılması xüsusi aktuallıq qazanıb.
Layihənin hazırkı vəziyyəti, həyata keçirilməsi üçün görülən işlər və prosesin hansı müddətdə başa çatdırılacağı isə ictimaiyyət üçün maraq doğuran əsas məsələlərdəndir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi üzrə hazırlıq və layihələndirmə işləri davam etdirilir:
"Su paylayıcı infrastruktura yaxınlıq nəzərə alınaraq layihə üçün Sumqayıt şəhəri ərazisi məqsədəuyğun hesab edilib (bu ərazi 29,63 ha sahəni və sahil zolağını əhatə edir). Qeyd olunan ərazi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansındadır. Duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon m³ təşkil edəcək ki, bu da Abşeron yarımadasının hazırkı su tələbının 20%-ni təşkil edəcək.
2026-2028-ci illər ərzində Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub. Qeyd edək ki, layihənin müddəti 27,5 il təşkil edir (2,5 il tikinti, 25 il istismar)".
Orxan Hüseyn
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
-
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
-
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib













