Tamar İoseliani: Bakı-Tbilisi-Qars dəmir yolu regional əməkdaşlığın uğurlu nümunəsidir
Bakı-Tbilisi-Qars dəmir yolu regional əməkdaşlığın uğurlu nümunəsidir.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Londonda keçirilən Böyük Britaniya - Mərkəzi Asiya və Cənubi Qafqaz İnfrastruktur Maliyyələşdirmə Forumunda bildirib. O, qeyd edib ki, ölkədə nəqliyyat xidmətlərinə tələbatın artması artıq özünü göstərir.
Onun sözlərinə görə, layihənin modernləşdirilməsi nəticəsində illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
"Dünya Bankının son hesabatına görə, 2040-cı ilə qədər Orta Dəhliz boyunca yük dövriyyəsinin 2023-cü illə müqayisədə 4 dəfə artması, tranzit müddətinin isə üçdə iki qədər azalması mümkündür", - Tamar İoseliani deyib.
Nazir müavininin sözlərinə görə, Orta Dəhlizin uzunmüddətli iqtisadi əhəmiyyəti yeni investisiyaların cəlb edilməsində, sənaye sahələrinin inkişafında, əlavə iqtisadi dəyərin yaradılmasında və yerli biznesin yeni bazarlara çıxışının genişləndirilməsindədir.
T.İoseliani bildirib ki, Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturunun inkişafına təxminən 7 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır.
O, Anakliya Dərin Dəniz Limanı layihəsini də Orta Dəhlizin inkişafı baxımından strateji əhəmiyyətli layihə kimi qiymətləndirib. O bildirib ki, məqsəd limanın ətrafında yeni sənaye və logistika mərkəzi yaratmaqdır.
Nazir müavini qeyd edib ki, Gürcüstan Orta Dəhlizin vahid və inteqrasiya olunmuş nəqliyyat sistemi kimi fəaliyyət göstərməsi üçün regional tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Hazırda multimodal nəqliyyat xidmətlərinin inkişafı, vahid tarif yanaşmalarının tətbiqi, dəmir yolu və dəniz daşımalarının sinxronlaşdırılması, sərhəd prosedurlarının sadələşdirilməsi və rəqəmsal sistemlərin qarşılıqlı fəaliyyətinin təmin edilməsi istiqamətində iş aparılır.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
-
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
-
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib













