Tikinti aparmaq istəyən şəxslərə pis xəbər
Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb.
Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımının təxminən 46 faizi taxtanın payına düşüb.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, taxta satışı ilə məşğul olan sahibkarlar bahalaşmanı əsasən idxalla əlaqələndirirlər.
"Payız aylarında həmişə belə olur. Çünki baha qiymətə idxal olunur. Rusiyanın özündə də qiymətlər qalxıb. Qiymətlər yüksək olanda alıcılar gözləyirlər ki, ucuzlaşsın, sonra tikinti işlərini davam etdirsinlər", - deyə sahibkar Yadigar Abdulkərimov bildirib.
Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan taxtanın orta qiyməti 229 dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızının sözlərinə görə, taxtanın bahalaşmasında əsas amil idxal olsa da, qiymət artımına digər faktorlar da təsir göstərir.
"İkinci amil logistika xərcləridir. Taxta ağır yük olduğu üçün onun uzaq məsafələrdən daşınması, nəqliyyat xərcləri bir kubmetrin maya dəyərini artırır. Üçüncü amil isə mövsümi tələbatdır. Payız-qış aylarında, mövsüm keçidi ərəfəsində tikinti şirkətlərinin işləri sürətləndirməsi və anbar ehtiyatlarını yeniləməsi taxtaya olan tələbatı yüksək saxlayır", - deyə Günay İsmayılqızı qeyd edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
-
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
-
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib













