PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir
Far.Az xəbər saytı

PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir


Fransanın PSJ klubu Portuqaliya təmsilçisi "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir.

"Report" "Record"a istinadən xəbər verir ki, Paris təmsilçisinin marağına baxmayaraq 20 yaşlı vinger qış "transfer pəncərəsi"ndə Portuqaliya komandasını tərk etməyi planlaşdırmır.

Xviça Kvaratsxeliyanın və Dezir Duenin zədələnməsindən sonra Paris təmsilçisi hücumçu axtarışlarını davam etdirir.

Bununla yanaşı, "Benfika" Prestianni ilə müqavilənin müddətinin 2031-ci ilədək uzadılması ilə bağlı danışıqlar aparır. Hazırkı sözləşmənin müddəti isə 2029-cu ilə qədərdir və sərbəstqalma məbləği 100 milyon avro təşkil edir.

Qeyd edək ki, argentinalı futbolçu cari mövsümdə Portuqaliya təmsilçisinin heyətində bütün turnirlərdə 21 matça çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər