Ceyhun Cəlilov Culfa rayonunda vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Ceyhun Cəlilov Culfa rayonunda vətəndaşları qəbul edib


Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov Culfa rayonunda vətəndaşları qəbul edib.

"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Culfa rayonunun Bənəniyar kəndində vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların, şəhid ailələrinin, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər, əsasən, yol infrastrukturu, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, eləcə də digər sosial məsələləri əhatə edib.

Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib. Vətəndaşların bəzi müraciətləri üzrə bir sıra məsələlər yerindəcə həllini tapıb.

Qəbul zamanı qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu istiqamətdə vətəndaş qəbullarının mütəmadi olaraq davam etdirildiyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
"Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər