Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək
Cənubi Afrikanın Keyptaun şəhərində təmizlənmiş kanalizasiya suyundan içməli su istehsalını nəzərdə tutan layihənin tender prosesinə başlanılıb.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər 2018-ci ildə ciddi quraqlıqla üzləşib. Su anbarlarında səviyyənin kritik həddə enməsi səbəbindən əhalinin böyük hissəsinin su təchizatının dayandırılması təhlükəsi yaranıb. Həmin hadisə "Sıfır Gün" adlandırılıb.
Gələcəkdə oxşar vəziyyətin təkrarlanmaması üçün bələdiyyə Faure ərazisində yeni su istehsalı müəssisəsinin tikintisinə hazırlaşır.
Layihə çərçivəsində təmizlənmiş tullantı sularından gündəlik 70-100 milyon litr içməli su əldə edilməsi planlaşdırılır. İlk suyun 2030-2031-ci maliyyə ilində şəhərin su şəbəkəsinə verilməsi nəzərdə tutulur.
Proses zamanı Zandvliet təmizləyici qurğusunda ilkin emaldan keçən tullantı suları borular vasitəsilə Faure ərazisinə çatdırılacaq. Daha sonra su ozonlaşdırma, bioloji və aktiv karbon filtrasiyası, ultrafiltrasiya və ultrabənövşəyi şüalarla təmizlənəcək. Əldə olunan su su anbarlarından gələn su ilə qarışdırılacaq və şəbəkəyə verilməzdən əvvəl yenidən emal olunacaq.
Layihə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiriləcək. Seçiləcək şirkət müəssisənin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və müəyyən müddət ərzində istismarını təmin edəcək. Bununla belə, infrastruktur bələdiyyənin mülkiyyətində qalacaq.
Şirkətlərin texniki imkanlarının qiymətləndirilməsindən sonra seçilmiş namizədlərdən 2027-ci ilin ikinci yarısında ətraflı təkliflərin alınması planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













