Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı
Nizami rayonunda iki nəfərə məxsus mobil telefonların oğurlanması barədə polisə məlumat daxil olub.
Far.Az-in məlumatına görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən, əvvəllər məhkum olunan M.Rəhmanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, M. Rəhmanov rayon ərazisində yerləşən restoranlarda keçirilən toy məclislərinə daxil olaraq qonaqların mobil telefonlarını oğurlayıb. O, məclislərdə iştirak edən şəxslərlə heç bir tanışlığı olmadığı halda restoranlara daxil olub, masaların ətrafında gəzərək qonaqları müşahidə edib. Məclis iştirakçılarından hər hansı biri rəqs etmək üçün masadan uzaqlaşdıqda isə masanın üzərindəki mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3300 manat olan mobil telefonları oğurladığı, daha sonra hər iki telefonu ümumilikdə 710 manata satdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. M. Rəhmanov məhkəmənin qərarı ilə həbs edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













