“Real Madrid” “Liverpul”a məğlub olaraq Çempionlar Liqasında antirekord imza atıb
Far.Az xəbər saytı

“Real Madrid” “Liverpul”a məğlub olaraq Çempionlar Liqasında antirekord imza atıb


İspaniyanın “Real Madrid” futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra qrup mərhələsində üç oyunu uduzan ilk komanda olub.

“Report” xəbər verir ki, bu barədə idman statistikası üzrə ixtisaslaşmış “Opta” şirkəti özünün sosial şəbəkə hesabında bildirib.

Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunda “kral klubu” “Liverpul”a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliyanın “Milan”ına və Fransanın “Lill”inə yenilmişdi.

Hazırda ispan klubu Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda “Atalanta”, “Red Bull Zalsburq” və “Brest”lə qarşılaşacaq.

Qeyd edək ki, liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun “Liverpul”u başçılıq edir.

Xatırladaq ki, daha əvvəl “Opta”nın superkompüteri İngiltərə Premyer Liqasının qalibini proqnozlaşdırmışdı.

Oxşar xəbərlər

"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun görüşlərinə yekun vurulub - YENİLƏNİB
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər