Türkiyədə Şirvanşahlar dövlətindən bəhs edən kitabın təqdimatı olub
Türkiyənin paytaxtı Ankarada "Şirvanşahların mininci ili" kitabının türkcə nəşrinin təqdimatı keçirilib.
"Far.Az"un Ankara bürosu xəbər verir ki, Milli Kitabxanada keçirilən tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Səfir Rəşad Məmmədov kitabın Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinin Türkiyədə də tanıdılmasında önəmli bir addım olduğunu bildirib.
Kitabı nəşr edən “İrs” nəşriyyat evinin Baş redaktoru Musa Mərcanlı çıxışında Azərbaycan tarixi və mədəniyyətinin Türkiyədə tanıdılması layihələrinin davamlı olacağını deyib.
Tədbirin panel hissəsində Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, tarixçi alim Toğrul İsmayıl çıxış edərək ilk türk müsəlman dövləti olan Şirvanşahların yaranmasından, onun Azərbaycan tarixindəki rolundan və hazırda ölkəmizdə Şirvanşahlar dövlətinin izləri haqqında danışıb.
Qazi Universitetinin professoru Mehmet Ali Çakmak çıxışında Şirvanşahlar dövlətinin türk-islam dünyasındakı yerinə və təqdim olunan kitabın akademik perspektivinə toxunub.
Hacı Bayram Vəli Universitetinin tarix fakültəsinin dosenti Alper Alp Şirvanşahlar dövlətinin Anadoluda yaranmış dövlətlərlə əlaqələrindən danışıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib
Beynəlxalq Kənd Təsərrüfatı Konqresinin 7-cisi Naxçıvan Dövlət Universitetində keçirilib
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













