“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə verib
Far.Az xəbər saytı

“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə verib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin “bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib.

Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” platforma üzərindən müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir. Platformada tam idarəolunabilən infrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur.

Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə www.azincloud.az platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər.

“AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu artırmaqdır. Ətraflı məlumatı platformanın veb-səhifəsindən əldə edə bilərsiniz.

Hazırda “AzInTelecom” iki müasir Data Mərkəz üzərindən “bulud” xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər