Tramp Omanı Hörmüz boğazına nəzarət etməyə cəhd göstərəcəyi təqdirdə hədələyib
Far.Az xəbər saytı

Tramp Omanı Hörmüz boğazına nəzarət etməyə cəhd göstərəcəyi təqdirdə hədələyib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Oman Hörmüz boğazına nəzarəti ələ keçirməyə cəhd etsə, Amerika ordusu ölkəni "dağıdacaq".

"Report"un məlumatına görə, o, bu açıqlamanı Vaşinqtonda keçirilən Nazirlər Kabinetinin iclasında verib.

"Boğazlar hər kəs üçün açıq olacaq və heç kim onları idarə etməyəcək. Biz onları izləyəcəyik. Oman hər kəs kimi davranacaq, əks halda onları partlatmalı olacağıq", - Tramp bildirib.

Ağ Ev rəhbəri həmçinin ABŞ-nin ərazidə gəmiçilik azadlığını təmin edəcəyini vurğulayıb.

Trampın təhdidləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqerinin Tehran və Maskatın Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni prosedurları müəyyən etmək üçün birgə danışıqlar apardığını açıqlamasından qısa müddət sonra gəlib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər