Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur
Far.Az xəbər saytı

Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur


28 May təkcə qardaş Azərbaycanın Müstəqillik Günü deyil; həm də Türk dünyasının birliyinin, müstəqilliyinin və azadlığının simvoludur.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım "X"dəki səhifəsində yazıb.

O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin türk və İslam dünyası tarixində özünəməxsus yeri var: "1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasının ilk demokratik respublikası kimi tarixdə özünəməxsus yer tutur.

Əziz Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Başda Heydər Əliyev olmaqla bütün müstəqillik qəhrəmanlarını rəhmət, minnətdarlıq və ehtiramla yad edirəm.

Qarabağ zəfəri ilə ilə taclandırılan qardaşlığımız "Bir millət, iki dövlət" anlayışı ilə əbədi olaraq davam edəcək.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Azərbaycan!".

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər