Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir
Far.Az xəbər saytı

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir


Mənzil məsələsinə yalnız şəhərsalma və sosial rifah baxımından deyil, həm də gender bərabərliyi, insan hüquqları və inklüziv inkişafın strateji elementi kimi yanaşmaq vacibdir.

Far.Az apa-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, layiqli mənzil hüququ insan ləyaqətinin, sağlamlığın, təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından biridir. Bununla belə, qlobal miqyasda mövcud olan sistemli problemlər milyonlarla insanın bu hüquqdan tam şəkildə istifadə etməsinə mane olur.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, xüsusilə məcburi köçkün qadınlar, yaşlı qadınlar, əlilliyi olan qadınlar və qeyri-rəsmi məşğulluqda çalışan qadınlar gender əsaslı zorakılıq hallarında daha həssas vəziyyətdə yaşayırlar.

Bahar Muradovanın sözlərinə görə, təhlükəsiz və adekvat mənzilin olmaması qadınları çətin seçim qarşısında qoyur: "Qadınlar ya zorakı mühitdə qalmağa, ya da yoxsulluq və evsizlik riski ilə üzləşməyə məcbur olurlar".

O bildirib ki, bu vəziyyət mənzil siyasətinin yalnız yaşayış məkanı məsələsi olmadığını, eyni zamanda, insan təhlükəsizliyi, sosial müdafiə və fundamental hüquqlarla birbaşa bağlı olduğunu göstərir.

Bahar Muradova vurğulayıb ki, milli, regional və yerli səviyyələrdə hüquqi və institusional mexanizmlər qadınların torpaq və mənzil hüquqlarına təhlükəsiz və bərabər çıxışını daha effektiv təmin etməlidir.

Onun fikrincə, bu yanaşma yalnız qanunvericilikdə deyil, kredit resurslarına çıxış, sosial mənzil proqramları, maliyyə inklüzivliyi və sosial müdafiə sahələrində də öz əksini tapmalıdır.

Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan gender bərabərliyinin təşviqini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib.

Bahar Muradova əlavə edib ki, son altı ildə Dövlət Komitəsi gender bərabərliyinin vəziyyəti ilə bağlı hər il parlamentə hesabat təqdim edib və yeni milli fəaliyyət planının qəbulu bu sahədə siyasətlərin daha sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Yurdumuza bahar gəlir!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər