Deputat: "Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur"
Far.Az xəbər saytı

Deputat: "Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur"


2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri təxminən 10 milyard ABŞ dolları təşkil edəcək ki, bu da Gürcüstan və Ermənistanın birgə sosialyönümlü büdcə xərclərindən 2,5 dəfə çoxdur.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O, həmçinin deyib ki, gələn il sosial xərclərimiz Ermənistanın ümumilikdə büdcə xərclərindən 67 % çox olacaq: "Bu rəqəmlər reallığı daha düzgün qiymətləndirməyə imkan verir".

Bundan başqa, deputatın sözlərinə görə, 2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var: "Vətən Müharibəsi başa çatdıqdan sonra 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə sosial xərclərdə 4,7 milyard manat artıq proqnozlaşdırılır".

"Azərbaycan həmçinin işğaldan azad etdiyi ərazilərinin yenidən qurulmasına vəsait ayırır. İndiyə qədər bu istiqamətdə 18 milyard manat xərclənib. Gələn il nəzərdə tutulan vəsaiti də nəzərə alsaq, bütövlükdə 22 milyard manat vəsait həmin ərazilərə sərf olunacaq", - deyə deputat vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər