Almaniyada zərgərlik mağazalarında silsilə qarətlərin təşkilində şübhəli bilinən iki nəfər saxlanılıb
Almaniya polisi Hamburqdakı zərgərlik mağazasında silsilə oğurluq və qarət cəhdlərində şübhəli bilinən iki nəfəri həbs edib.
"Far.Az" xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.
Onlar Dünnvald ərazisində avtomobil və sənədlərin yoxlanılması zamanı saxlanılıblar. Yoxlama zamanı polis əməkdaşları avtomobilin baqajında iki tapança və patron, eləcə də maskalar aşkar ediblər.
Polisdən bildiriblər ki, bu şəxslər oktyabr ayında üç cinayət törətməkdə şübhəli bilinir. Belə ki, oktyabrın 2-də Eylbekdə naməlum şəxslər maşınla zərgərlik mağazasının qapısını sındırmağa cəhd etsələr də, baş tutmayıb və cinayətkarlar qaçıblar. Bir saatdan bir qədər az vaxt keçdikdən sonra daha bir cəhd olub; bu dəfə Barmbek-Nordda zərgərlik mağazasını qarət etmək mümkün olub. Bir neçə cinayətkar ticarət zalına daxil olaraq zərgərlik məmulatlarını oğurlayıb.
Bundan başqa, oktyabrın 14-də cinayətkarlar Harburqda zərgərlik mağazasını qarət etməyə cəhd edərkən maşın girişlə pəncərə arasındakı dirəyə çırpılıb və onlar mağazaya daxil ola bilməyiblər. Cinayətkarlar hadisə yerindən qaçıblar, avtomobili isə daha sonra polis aşkar edib.
Oxşar xəbərlər
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
"Omid"in bir mağazasının fəaliyyəti qismən MƏHDUDLAŞDIRILIB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













