İtaliya klubunun azarkeşləri "Ayaks"la oyuna buraxılmayacaq
Far.Az xəbər saytı

İtaliya klubunun azarkeşləri "Ayaks"la oyuna buraxılmayacaq


İtaliyanın "Latsio" klubunun azarkeşləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Ayaks"la Niderlandda baş tutacaq oyuna buraxılmayacaq.

“Far.Az” xəbər verir ki, bu barədə Amsterdam şəhər administrasiyasının saytı məlumat yayıb.

Qərar Amsterdam rəhbərliyi, həmçinin polisi və baş prokrorluğu tərəfindən qəbul edilib. Buna səbəb kimi ifrat sağçı antisemit, irqçi ifadələr və ictimai iğtişaş risklərinin həddindən artıq yüksək olması göstərilib. "Latsio" azarkeşlərinin bəzilərinin ifrat sağçı və faşist simpatiyanları, həmçinin antisemit və irqçi ifadələri ilə tanındığı qeyd olunub.

İtaliya klubu Amsterdam hakimiyyətinin qərarını ayrı-seçkilik və təhqiredici adlandıraraq narazılığını bildirib.

Qeyd edək ki, "Ayaks" - "Latsio" matçı dekabrın 12-də keçiriləcək.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər