Vüqar Bayramov: Xəstəxanalarımızda mövcud çatışmazlıqların aradan qaldırılması üçün plan hazırlanacaq
İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, vərəmlə mübarizənin daha da intensivləşdirilməsi, yeni yaradılmış Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətinin, tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin düzgün təşkili, ağciyər xəstəliklərinin profilaktikası və müalicəsi üzrə bu sahədə tədbirlərin keyfiyyətinin yüksəldilməsi davam etdirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən növbəti geniştərkibli müşavirədə deyib.
"Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Bu işlərdə hər birinizin dəstəyi lazımdır. Bizim əsas məqsədimizdən biri də beynəlxalq təcrübəyə malik olan, xaricdə yaşayan və çalışan həkimlərimizi ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlara cəlb edərək, onların təcrübələrindən faydalanmaqdır. Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində xaricdə təhsil alan həkimlərimiz xəstəxanalarımızda işlə təmin olunur, eyni zamanda onların beynəlxalq təcrübələri səhiyyə sistemimizin inkişafı üçün böyük fayda verir.
Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaqdır", – TƏBİB-in İcraçı direktoru qeyd edib.
Oxşar xəbərlər
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
TƏBİB tabeli tibb müəssisələrində xəstələr üçün yeni təxliyə planı hazırlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə vətəndaşı Azərbaycanda yaratdığı yeni şirkəti 16 gündən sonra satıb
-
Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
-
İranın ali rəhbərinin nümayəndəsi Moskvada səfərdədir
-
Bu il Azərbaycanda KOB inkişafı mərkəzlərinin xidmətlərindən faydalanlarının sayı açıqlanıb
-
Litva XİN: NATO Ukraynada sülhün təminatına zəmanət verməli olacaq
-
Ceyhun Bayramov AK-nın vitse-prezidenti ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib - YENİLƏNİB