Rubio İranın müharibəni başa çatdırmaqla bağlı şərtlərini absurd adlandırıb
Far.Az xəbər saytı

Rubio İranın müharibəni başa çatdırmaqla bağlı şərtlərini absurd adlandırıb


ABŞ müharibənin başa çatdırılmasına dair danışıqlarda İran tərəfindən irəli sürülən şərtləri qəbuledilməz hesab edir, lakin razılaşmanın bağlanmasına hazırlığını qoruyub saxlayır.

"Far.Az" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Parisdə "Yeddilər qrupu" (G7) ölkələrinin XİN rəhbərlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"İran razılaşma bağlamağı çox istəyərdi. Problem ondadır ki, onların irəli sürməkdə davam etdiyi şərtlər absurddur. Onlar hazırda, əslində, sadəcə qeyri-ciddi davranırlar", - Rubio bildirib.

Bununla belə, o, Tehranın mövqeyinin dəyişə biləcəyini istisna etməyib.

Dövlət katibinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp tərəflərin maraqlarına cavab verəcəyi təqdirdə razılaşmanı dəstəkləməyə hazırdır.

"Əgər razılaşma ortaya çıxarsa, prezident onun bağlanmasını birinci dəstəkləyəcək. Amma bu, axmaq və pis bir razılaşma olmamalıdır", - o vurğulayıb.

Rubio həmçinin bildirib ki, İranın tələblərindən biri təzminatların ödənilməsidir ki, Vaşinqton buna qarşı çıxır: "Onlar təzminat tələb edirlər. Təzminatları onlar ödəməlidirlər, çünki regionda uzun müddət ərzində sabitliyi pozan onlardır".

Onun sözlərinə görə, Tehran həmçinin böyük məbləğdə pul vəsaitlərinin verilməsini tələb edir.

"Onlar bir yığın nağd pul tələb edirlər. Və prezident açıq şəkildə bildirdi ki, bu, baş verməyəcək", - Rubio əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər