Cəlilabadda itkin düşən qadınla bağlı yeni təfərrüatlar məlum olub
Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla 24 noyabr tarixində kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Cənub regional qrupu məlumatına görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərova 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













