Nazirlik: Azərbaycanda bu günədək meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.
"Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Qeyd edilib ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.
Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.
Məlumatda bildirilib ki, infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", - deyə nazirlik məlumat yayıb.
Oxşar xəbərlər
SN: Azərbaycanda bu günədək meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Azərbaycana meymunçiçəyi testləri və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Qərbi Nil virusu nədir? - Zibilxanalarda çoxalır
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Ötən gün 25 nəfər saxlanılıb













