Sədr müavini: Dini radikalizmlə mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır
Dini radikalizmə qarşı mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
"Report"un Şimal bürosunun məlumatına görə, bunu "Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər" mövzusunda dekabrın 5-də Xaçmazda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, konfransda əsas diqqət Şimal bölgəsindəki rayonlarda mövcud dini vəziyyətə və qarşıda duran vəzifələrə yönəldilib:
"Konfransın təşkilində əsas məqsəd dini maarifləndirmə ilə yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, multikultural dəyərlərin tətbiqi kimi vacib məsələlərin müzakirəsi idi. Tədbirdə Şimal bölgəsinə daxil olan rayonlarda mövcud dini durum və qarşıda duran vəzifələr ətraflı müzakirə edildi".
"Eyni zamanda, din xadimləri və dini icmalarla işin gücləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, qeyd edilən məsələlərin müzakirəsi, xüsusilə dini radikalizmlə mübarizə baxımından bu konfransın keçirilməsi çox səmərəli oldu”, - G.İsmayılov vurğulayıb.
Oxşar xəbərlər
Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şuşada müzakirə: Dini radikalizmlə mübarizədə ən effektiv üsul maarifləndirmədir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













