Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Dünyaca məşhur "Goal.com" nəşri futbol tarixindəki ən uğursuz 15 transferin siyahısını hazırlayıb.
Siyahıda birinci yerdə 2017-ci ildə "Borussiya"dan "Barselona"ya keçən Usman Dembelenin transferi qərarlaşıb.
İkinci yerdə belçikalı cinah hücumçusu Eden Hazardın 2019-cu ildə "Çelsi"dən Madrid "Real"ına keçidi yer alıb.
Üçüncü pillədə isə braziliyalı hücumameyilli yarımmüdafiəçi Filipe Koutinyonun 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçidi göstərilib.
Goal.com nəşrinin versiyasına görə ən uğursuz transferlərin tam siyahısı:
- Usman Dembele (Fransa) — "Borussiya"dan "Barselona"ya, 2017-ci il, 135 milyon avro
- Eden Hazard (Belçika) — "Çelsi"dən Madrid "Real"ına, 2019-cu il, 120,8 milyon avro
- Filipe Koutinyo (Braziliya) — "Liverpul"dan "Barselona"ya, 2018-ci il, 135 milyon avro
- Pol Poqba (Fransa) — "Yuventus"dan "Mançester Yunayted"ə, 2016-cı il, 105 milyon avro
- Romelu Lukaku (Belçika) — "İnter"dən "Çelsi"yə, 2021-ci il, 113 milyon avro
- Jao Feliks (Portuqaliya) — "Benfika"dan Madrid "Atletiko"suna, 2019-cu il, 127 milyon avro
- Nikolas Pepe (Fil Dişi Sahili) — "Lill"dən "Arsenal"a, 2019-cu il, 80 milyon avro
- Harri Maqvayr (İngiltərə) — "Lester Siti"dən "Mançester Yunayted"ə, 2019-cu il, 87 milyon avro
- Antuan Qrizmann (Fransa) — Madrid "Atletiko"sundan "Barselona"ya, 2019-cu il, 120 milyon avro
- Alvaro Morata (İspaniya) — Madrid "Real"ından "Çelsi"yə, 2017-ci il, 66 milyon avro
- Romelu Lukaku (Belçika) — "Everton"dan "Mançester Yunayted"ə, 2017-ci il, 84,7 milyon avro
- Kepa Arrisabalaga (İspaniya) — "Atletik"dən "Çelsi"yə, 2018-ci il, 80 milyon avro
- Neymar (Braziliya) — "Barselona"dan "PSJ"yə, 2017-ci il, 222 milyon avro
- Zlatan İbrahimoviç (İsveç) — "İnter"dən "Barselona"ya, 2009-cu il, 69,5 milyon avro
- Xames Rodriqes (Kolumbiya) — "Monako"dan Madrid "Real"ına, 2014-cü il, 75 milyon avro
Ən çox uğursuz transferi edən klublar isə bunlardır: "Barselona" (4), "Mançester Yunayted" (3) və "Çelsi" (3).
BAKU.WSOxşar xəbərlər
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
"Mançester Yunayted" Uruqvay millisinin üzvünü transfer etmək istəyir
Yunanıstan klubu "Mançester Yunayted"in futbolçusunu transfer edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
"Yuventus" futbolçusunu icarəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













