“Bloomberg”: Bidzina İvanişvilinin sərvəti 1,13 milyard dollar artıb
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili “Bloomberg” nəşrinin milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb. Onun sərvəti 7,73 milyard dollar təşkil edir.
“Report” xəbər verir ki, nəşrin məlumatına əsasən, ilin əvvəlindən 9 noyabr tarixinədək milyarderin sərvəti 1,13 milyard dollar artıb. Nəşrin siyahısında ümumilikdə 500 milyarder yer alıb.
“Bloomberg”in qiymətləndirməsinə görə, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər və nağd vəsaitlər, alternativ investisiyalar və əmtəələrdən ibarətdir. Bundan əlavə, partiyanın fəxri sədri 1 milyard dollarlıq incəsənət əsərləri kolleksiyası toplayıb.
B.İvanişvili öz sərvətini 1990-cı illərdə Rusiyada qazanıb və daha sonra Gürcüstana köçüb, burada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə o, siyasətlə məşğul olmaq niyyətini açıqlayıb və "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını qurub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













