Şabranın mərkəzi küçələrinin asfalt örtüyü yararsız vəziyyətə düşüb, təmir işləri planlaşdırılır
Şabran şəhərinin mərkəzi küçələrində asfalt örtüyünün yararsız vəziyyətə düşməsi hərəkəti çətinləşdirib.
Bu barədə "Report"un Şimal bürosuna şəhər sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, uzun illərdir aradan qaldırılmayan bu problem üzündən Şabranın Heydər Əliyev prospekti, Nizami, Füzuli, Babək və Fikrət Əmirov küçələrində, eləcə də Dəvəçi və Güləmli kəndlərinə aparan yollarda avtomobil idarə etmək sürücülərə əsəb və əlavə xərclər bahasına başa gəlir. Bildiriblər ki, asfalt örtüyünün dağıldığı yollarda yaranan çuxurlar sürücüləri gah sağa, gah da sola məcburi manevrlərə vadar edir. Yağış yağanda isə avtomobilləri su ilə dolan çalalardan yayındırmaq mümkün olmur, nəticədə nəqliyyat vasitələrinə ziyan dəyir. Yağışlardan sonra yaranan bataqlıqlar o küçələri az qala keçilməz ərazilərə çevirir.
Şabran sakini Nuhi Muradov "Report"un yerli bürosuna bildirib ki, yollardakı problemlər səbəbindən hərtərəfli zərərə məruz qalırlar:
"Dəvəçi kəndinə gedən yol, bir də şəhərdəki "beşmərtəbə"dən aşağı istiqamətdə yerləşən vağzala, oradan da Güləmli kəndinə gedən yol bərbad vəziyyətdədir. Bir neçə gün bundan qabaq maşınım o yolda çalaya düşdü, bir təkərim cırıldı. Yoldakı çalalardan qaçmağa çalışanda da xətt tapdalandığı üçün cərimələnirik. Hər bir halda maddi ziyana düşürük".
Digər sakin Arif Balabəyov isə deyib ki, küçələrdə əmələ gəlmiş çalaların dərinliyi bəlkə də 40 santimetrdir:
"İnanın ki, təkər, disk dəyişməkdən yorulmuşuq. Yolun bərbad vəziyyətdə olması şagirdlərin payız-qış aylarında məktəbə gedib-gəlməsində də çox böyük çətinliklər yaradır. Avtomobillər çala-çuxura düşən kimi təkər partlayır. Nə edəcəyimizi bilmirik".
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, qeyd olunan küçələrdəki nahamarlıqlar intensiv yağışlar nəticəsində yaranıb və yaxın zamanda həmin ərazilərdə təmir işlərinin aparılması nəzərdə tutulub:
"2025-2026-cı illərdə baş vermiş məlum sel hadisələri şəhərin yol infrastrukturuna ciddi ziyan vurub. Yaxın zamanda 11 küçədə asfalt örtüyünün yenilənməsi, 8 küçədə isə çınqıl örtüyünün salınması nəzərdə tutulub. Vətəndaşların qeyd etdikləri küçələrdə də növbəli şəkildə təmir işləri aparılacaq".
Oxşar xəbərlər
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













