Səbinə Əliyeva: Müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol verilmir
Far.Az xəbər saytı

Səbinə Əliyeva: Müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol verilmir


Son beş ildə Ombudsmanın fəaliyyəti ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilib.

"Report" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Fövqəladə Hallar Nazirliyi (FHN) və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" konfransında deyib.

O qeyd edib ki, Ombudsman müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərir:

"Müvəkkil Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Qeyd etmək istəyirəm ki, ombudsman uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar, şəhid ailələri və müharibə veteranları, hərbi qulluqçular, sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol vermir".

Ombudsmanın fikrincə, Azərbaycan insan hüquqları sahəsində artıq inkişaf edən ölkələrin sırasındadır.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər