DMX rəisi BMqT-nin Azərbaycandakı nümayəndəsi ilə Bakıda keçiriləcək Nazirlər Konfransını müzakirə edib
Far.Az xəbər saytı

DMX rəisi BMqT-nin Azərbaycandakı nümayəndəsi ilə Bakıda keçiriləcək Nazirlər Konfransını müzakirə edib


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dulin ilə gələn il Bakıda keçiriləcək Nazirlər Konfransının təşkilini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Vüsal Hüseynov Azərbaycanda miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslərdə BMqT-nin verdiyi dəstəyi, həmçinin bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin uğurla icra edildiyini, buna misal kimi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Troy Duli Dövlət Miqrasiya Xidmətinin BMqT-nin Azərbaycanda əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.

Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə Çempion ölkə qismində, eləcə də Almatı Prosesinə Azərbaycanın sədrliyi çərçivəsində birgə fəaliyyətlərin icrası və Prosesin növbəti ildə Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili ilə yanaşı Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin ikinci fazasının həyata keçirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər