Deputat: Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər
Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər.
"Report" xəbər verir ki, bunu Mili Məclisin deputatı Nigar Arpadarai “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda qadın səfirlərin sayı azdır:
“Kvota sistemi və pozitiv diskriminasiyanın tərəfdarı deyiləm. Amma müvəqqəti addımlar atmaq, imtiyazlar vermək mümkündür. Diplomatiya sahəsində qadınların sayının artırılması üçün müvəqqəti kvota tətbiq edilə bilər”.
Deputat həmçinin vurğulayıb ki, vaxtilə bir neçə dəfə səfir təyin olunmuş bəzi yaşlı diplomatlar hazırda işsizdirlər:
“Onlara nə XİN-də, nə digər əlaqədar orqanlarda müvafiq iş yoxdur. Lakin onlar hələ də işləmək istəyirlər və həmin kadrların təcrübəsindən hansısa şəkildə istifadə etmək olar”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın qadınlarla bağlı kvota tətbiqi haqqında təklifinə müsbət yanaşmadığını söyləyib:
“Kvota məsələsi gender bərabərliyi problemi olan ölkələrdə keçərli ola bilər. Azərbaycanda isə gender bərabərliyi Konstitusiyada da öz əksini tapıb”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var













